Dövlət İmtahan Mərkəzinin ötən gün keçirdiyi ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri iki həftədən sonra elan olunacaq. Bu gündən etibarən imtahan protokolları və materialların emalına başlanılıb. Qeyd edək ki, ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, prosesdə ümumilikdə 47 min 520 abituriyentin iştirakı nəzərdə tutulub. Ən yaşlı abituriyentin 68 ən gəncinin isə 15 yaşı var. Əməkdaşlarımızsa imtahan prosesini Şəki şəhərində izləyib.
Bazar ertəsi, 08 İyul 2024 13:47