Bazar ertəsi, 08 İyul 2024 13:16

Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına yekun vuruldu...

Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə tamaşaçılara TÜRKSOY ölkələri sənətçilərinin və Türkiyənin “İnegöl” Xalq rəqsləri qrupunun konserti təqdim olunub. Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəsmiləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər. Konsert zamanı rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux roman, horon və halay rəqsləri, həmçinin Qazaxıstanın Xalq artisti, beynəlxalq festivalların qalibi Baxtiyar Taylakbayev və həmin ölkənin Mədəniyyət xadimi Lara Rısbayın ifa etdikləri qazax, türk və Azərbaycan mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda təşkilatçılar adından “İnegöl” Xalq rəqsləri qrupuna və sənətçilərə festivalın rəmzi simvolu, həmçinin TÜRKSOY-un xatirə hədiyyələri təqdim olunub. Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının Final gecəsində isə Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvləri çıxış ediblər.

Yay teatrında kçeirilən konsert Azərbaycan musiqi sənətinin görkəmli xadimləri, bəstəkarlar Süleyman Ələsgərovun və Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr edilib. Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi orkestrin üzvləri Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər. Bağlanış mərasiminin sonunda festivalın təşkilatçıları və tərəfdaşları “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının simvolu və fəxri fərmanlarla mükafatlandırılıblar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S