Şamaxının Qəleybuğurd kəndində də torpaq sürüşmələri baş verib. Kənd sakinləri təlaş içindədir.
Son günlər yağan aramsız yağışlar nəticəsində Şamaxının Qəleybuğurd kəndində torpaq sürüşməsi aktivləşib. Selin ardınca gələn torpaq kütləsi kəndin yaşayış olan hissəsində böyük təhlükə yaranıb. Bəzi ərazilərdə uçqunlar olub. Sakinlər deyir ki, vaxtında tədbir görülməzsə evlərinin torpaq altında qalacağından narahatdır.
Mövcud vəziyyət yollara da təsirsiz ötüşməyib. Sakinlərin istifadə etdiyi kənddaxili yolda iri çatlar, çökmələr yaranıb, hərəkət çətinləşib.
Məsələ ilə bağlı Qəleybuğurd kənd bələdiyyəsindən isə bildirildi ki, aidiyyəti orqanlara məlumat verilib. Əraziyə baxış keçirilib və qısa zaman ərzində problemin aradan qaldırılması gözlənilir.
Cümə, 05 İyul 2024 14:37