Qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı start götürüb. Yuxarı Karvansarayda keçirilən festivalın ilk tədbirində Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı maraqla qarşılanıb.
Axşam saatlarında isə Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan musiqi festivalın iyulun 7-dək davam edəcək və bir sıra ölkələrin, eləcə də Azərbaycanın musiqi kollektivləri iştirak edəcəklər.
Cümə, 05 İyul 2024 14:28