Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Zərifə Əliyeva küçəsində meydana gəlib. Nicat Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan Gülnarə Məmmədova daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəkidə oftalmoloq kimi əhaliyə xidmət göstərir. Faktla bağlı araşdırma aparılır.