İyunun 15-i saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında yol qəzasında xəsarət alan xarici vətəndaşların son durumu açıqlanıb. Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, yol-qəza hadisəsi nəticəsində xarici ölkə vətəndaşı olan 5 qadın xəsarət alıb.
Qeyd olunub ki, onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə FHN-ə məxsus helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə edilib.
Bazar ertəsi, 17 İyun 2024 12:32