İsmayıllı polisi “VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevi nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün saxlayıb. Sənədləri yoxlanılarkən Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə Zaur Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.