Əməliyyat zamanı məlum olub ki, bu əməllə məşğul olan 34 yaşlı Nicat Cəfərov həm də üzərində “Makarov” markalı tapança gəzdirirmiş. Ondan silah və Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində becərdiyi ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr maddi sübut kimi götürülüb.
Nicat Cəfərov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini etiraf edib. O, ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb. Məhkəmənin qərarı ilə Nicat Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Çərşənbə, 12 İyun 2024 12:07