Şəkidə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan “Vətən məcnunları”nın ikinci kitabının təqdimatı keçirilib. Şəki Tibb kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, tibb kollecinin tələbələri və şəhər ictimaiyyəti iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi yad edilib. Ardınca Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib. Çıxış edənlər bildirib ki, Azərbaycan Yazıçılar birliyinin üzvü Şəfa Vəlinin redaktorluğu ilə nəşr olunan “Vətən məcnunları” kitabı 90-cı illərdə ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən qəhrəmanlara həsr olunub.
Qeyd olunub ki, kollecin gənc tələbələrinin qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların şücaəti, rəşadəti, vətənpərvərliyinə, yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Rəsmi hissədən sonra şəhid ailələrinə kitab və fəxri fərmanlar təqdim edilib.
Şənbə, 08 İyun 2024 12:08