Balakən polisi qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahovu saxlayıb. O, sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub. S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.