Şamaxı Rayon Mərkəzi Xəstəxanasında "Hipertoniya ayı" layihəsi çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tibbi xidmətlər göstərir.
Tibbi müayinələr ürək-damar xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Dağlıq Şirvan Tibbi Ərazi Bölməsinə daxil olan Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının vətəndaşları üçün təşkil edilib.
Sağlamlıq günlərinin əsas məqsədi Dağlıq Şirvan bölgəsində yaşayan əhalinin tibbi müayinəsi, hipertoniya risk qrupuna daxil olan şəxslərin ehtimal xəstəliklərinin erkən profilaktikası, eləcə də vətəndaşların hipertoniya və onun törədə biləcəyi xəstəliklər barədə maarifləndirilməsidir.
Risk qrupun daxil olan və xəstəliyi yeni müəyyən edilən vətəndaşlara zəruri tibbi məsləhətlər veriləcək və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriləcək.
Çərşənbə axşamı, 14 May 2024 14:06