İsmayıllıda yağan güclü yağıntılardan sonra Lahıc-Dəmirçi avtomobil yolunun sürüşmə zonalarında aktivlik müşahidə olunub və çökmələr əmələ gəlib. Təxminən 40 metr məsafədə asfalt qatı sıradan çıxıb və yararsız hala düşüb.
Avtomobillər yolun bir hisəsi ilə hərəkət edirlər. Sürücülər isə bunun daha da təhlükəli ola biləcəyindən narahatdırlar. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi bildirilib ki, problemdən xəbərdardırlar. Əraziyə baxış keçirilib və lazımi tədbirlərin görülməsi istiqamətində işlərə başlanılacaq.
Bazar ertəsi, 13 May 2024 14:38