İsmayılı rayonunun Qaraqaya kəndinin yolu bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, uzun illərdir su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.
Elə ki, yağış yağır dağlıq ərazidə yerləşən kəndin yolları keçilməz olur. Xəstəni həkimə çatdırmaq, hətta alış-veriş etmək üçün at və eşşəkdən istifadə etmək lazım olur. Qaraqaya sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər yolda heç bir əməli iş görülməyib.
Məsələ ilə bağlı Qaraqaya kəndinin də daxil olduğu Təzəkənd bələdiyyəsindən bildirilib ki, yolun vəziyyətindən xəbərdardırlar. Amma... Avtomobil Yolları Dövlət Agentliyindən isə problemlə bağlı verilən cavab b+elə oldu. Qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir. Burada 355-dən artıq sakin yaşayır.
Çərşənbə axşamı, 23 Aprel 2024 13:54