Hər gün bu yollardan istifadə etməli olan sakinlər avtomobillərinin ehtiyat hissələrinin də tez-tez sıradan çıxdığınnan şiakyət edir. Şəxsi avtomobili olmayanların vəziyyəti isə daha çətindir. Çünki, kənddən rayon mərkəzinə hərəkət edən marşrut avtobusu qrafiklə və əsas yoldan hərəkət etdiyinə görə, xəstəsi, yaşlısı, yükü ağır olan məcbur taksi xidmətindən istifadə etməli olur. Bu da yolun bərbad olması səbəbindən sakinlərə baha başa gəlir. Kəndin ara yollarına yerli imkanlar hesabına vaxtaşırı qum, çınqıl tökülür, mövcud asfalt örtüyü yamanmaqla ildə 2 dəfə mümkün qədər təmir edilir. Lakin, görülən bu təmir və bərpa işlərinin ömrü, bir dəfə yağış yağanadək sürür. Beləliklə, verilən vədlər öz təsdiqini tapsa taxın gələcəkdə bu kəndlərin sakinlərinin yol həsrəti sona çatacaq.