Şəki Şəhər İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Birlikdə yaşıl və sağlam gələcəyə doğru” mövzusunda konfrans keçirilib. Konfransda rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsrolunmuş videoçarx nümayiş olunub. Ardınca çıxış edənlər iqlim dəyişiklikləri ilə mübarizənin vacibliyinə diqqət çəkib, Şəkidə bununla bağlı görülən işlərdən danışılıb. Bildirilib ki, bu il rayonda maarifləndirmə məqsədilə konfrans və seminarların keçirilməsi, yaşıllıqların artırılması məqsədilə isə 15 minədək ağac, kol və tingin əkilməsi planlaşdırılır. COP29 tədbirinin bu il ölkəmizdə keçilməsinin də böyük əhəmiyyəti vurğulanıb. Konfransın sonunda icra hakimiyyətinin inzibati binasının həyətində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 50 ədəd Eldar şamı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.