Cümə, 05 Aprel 2024 13:40

Mollalı kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb....

Mollalı kəndi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun sağ sahilində, Qəbələ rayonu ilə sərhəddə yerləşir. 156 fərdi yaşayış evi olan kənddə 700 nəfərə yaxın sakin yaşayır. Sakinlər magistrala tək çıxışı olan kənd yoluna indiyədək bir dəfə də olsun asfalt örtüyü döşənmədiyini deyir. Kəndə qədər olan 5 km-lik məsafə yararsız vəziyyətdə olduğunda sakinlərin rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.

Qeyd edək ki, kəndim problemləri tək yolla yekunlaşmır. Mollalı sakinləri tibb məntəqəsinin, mavi yanacağın olmaması ilə bağlı da şikayətlərini dilə gətirdilər. Ümid edirik sakinlərin problemləri tezliklə həllini tapar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S