Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının yaradılmasınının 31-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad ediblər.
Rəsmi hissədə çıxış edənlər Azərbaycan dövlətçiyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının xidmətlərindən bəhs ediblər.
Vurğulanıb ki, Ümummilli liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını möhkəmləndirir. 87 ərazi partiya təşkilatını özündə birləşdirən YAP Şəki təşkilatının hazırda 11 min 196 nəfər üzvü var. Partiya üzvlərinin 53.9 faizini qadınlar, 12.5 faizini isə gənclər təşkil edir. Tədbirdə həmçinin uzun illər YAP sıralarında səmərəli fəaliyyət göstərən bir qrup partiya fəalına fəxri fərmanlar, həmçinin partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Cümə axşamı, 07 Mart 2024 09:38