Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər davam edir. Növbəti belə təlim Şəki və Zaqatalada baş tutub. Şəki şəhər 11 nömrəli məktəbdə 250-dək ibtidai sinif müəllimi iştirak edib.
İbtidai sinif şagirdlərinin düzgün inkişaf yolları, şagirdlərin dərslərə köklənə bilməsi üçün hədəfin necə formalaşdırılması və digər məsələlər barədə müəllimlərə əhəmiyyətli tövsiyyələr verilib.
Zaqatala şəhər akademik Z. Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseydə sə təlimlərə 150-dək ibtidai sinif müəllimi qatılıb. Qeyd edək ki, İSİM layihəsində aktiv iştirak edən müəllimlər "Layihə müəllimi" adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.
Cümə axşamı, 07 Mart 2024 09:14