Yanğın Danaçı kəndində Mohuma Məmmədova məxsus, ümumi sahəsi 392 kv/m olan ikimərtəbəli, 9 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ikimərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsi əşyalarla birlikdə yanıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.