Bazar ertəsi, 26 Fevral 2024 14:40

Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb...

Şəkidə Azərbaycan xalqının tarix səhifəsinə qanla yazılmış günlərdən biri - Xocalı Soyqırımının günahsız qurbanları anılıb. Qətliamın 32-ci ildönümü münasibətilə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti, Xocalı faciəsinin şahidləri iştirak edib. Soyqırımın canlı şahidləri o gün baş verən dəhşətlərdən danışıb, itirdikləri ailə üzvləri haqqında məlumat veriblər. Vurğulanıb ki, Ali baş komandanın qətiyyəti və uğurlu siyasəti nəticəsində artıq digər Vətən torpaqları kimi Xocalı da azaddır.Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub. Digər çıxış edənlər faciənin baş vermə səbəblərindən, onun tarixi-dini aspektlərindən, soyqrımla bağlı milli idealogiyanın formalaşdırıması istiqamətində aparılan təbliğatın zəruriliyindən və beynəlxalq səviyyədə verilmiş huquqi qiymətlərindən geniş söhbət açıblar.

Şəkidə 8 nömrəli tam orta məktəbdə də xalqımızın qan yaddaşı, insanlığa qarşı törədilən cinayətlərdən biri olan Xocalı Soyqırımı anılıb. "Xocalı- uşaqlı, cavanlı, qocalı, unutmayacağıq!" şüarı ilə keçirilən tədbirdə çıxış edənlər şagirdlərə Xocalı soyrıqımı haqqında məlumat veriblər. Vurğulanıb ki, erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırım hadisəsinin milli yaddaşımızdan heç vaxt silinməyəcək. Tədbirin bədii hissəsində şagirlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qaxda Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid məzarları önünə gül dəstələri düzülüb. Faciə qurbanlarının, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Rayon mədəniyyət mərkəzinin kollektivi faciəyə həsr edilmiş kompozisiya nümayiş etdirib.

Xocalı soyqırımının qurbanlarının xatirəsi Zaqatala rayonunda da anılıb. Rayon rəhbərliyi və ziyalıların qatıldığı tədbirdə öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleki ziyarət edilib. Soyqırım qurbanları, eləcə də ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən oğulları ehtiramla yad edilib. Çıxışlar zamanı, erməni vandallarının törətdiyi insanlığa sığmayan vəhşiliklər bir daha xatırlanıb. Tədbir çərçivəsinə Xocalıdan olan məcburi köçkünlərə ərzaq yardımları paylanılıb.

Qəbələ də Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar abidə önünə güllər qoyulub, soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub. Daha sonra rayon rəsmiləri Xocalıdan olar sakinlərlə görüşüb. Onlarla həmsöhbət olublar.

Şamaxıda da Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra keçirilən tədbirdə çıxış edənlər Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayaraq, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S