Bu məqsədlə Aqrar Sığorta Fondu və Şəki şəhər icra hakimiyyətinin birgə keçirdiyi tədbirdə aqrar sığorta haqqında geniş məlumat verilib. Bildirilib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib.
Ən çox zərər görən təsərrüfatlarım olduğu Şəkidə 271 fermerə ümumilikdə 694 min manat sığorta ödənişi təyin edilib. Bu məbləğin 544 min manatı arpa, 150 min manatı isə buğda əkinləri üzrədir. Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Daha sonra isə fermerlərə sığorta ödənişləri təqdim edilib.
Tədbir çərmivəsində Şəki-Zaqatala bölgəsi üzrə aqrar sığorta xidmətləri də təqdim edilib, fermerlər maarifləndirilib. Onu da qeyd edək ki, ümumilikdə 2023-cü ildə ölkədə baş verən hadisələr üzrə fermer və təsərrüfatlara indiyədək 4,4 milyon manat ödəniş edilib. Proses hazırda davam edir. Sonda ödənişlərin ümumilikdə 8 milyon manatadək yüksələcəyi gözlənilir.
Cümə axşamı, 22 Fevral 2024 15:03