Şəki şəhər 7 nömrəli tam orta məktəbdə "Beynəlxalq Ana Dili Günü"nə həsr edilmiş tədbir keçirilib. Şəhid Xəyal Məmmədovun adını daşıyan 3B sinfinin təşkil etdiyi tədbirdə təhsil ictimaiyyəti, məktəbin kollektivi və şagirdlərlə yanaşı, şəhidin ailə üzvləri də iştirak edib. Ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, doğma dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, dil haqqında şerlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.