Şəkinin Baltalı kəndində iki kənd sakininə məxsus tövlədə yanğın olub. Hadisə yerinə Fövləladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində 84 yaşlı Fikrət Cəlilova məxsus ümumi sahəsi 180 kvadratmetr tövlənin yanar konstrukasiyaları, çardağına yığılmış 6 ton ot bağlaması, 2 ton dənli bitki – vələmir yanıb. Həmçinin yanğının baş verdiyi tövləyə bitişik olan 57 yaşlı Sənəm Quliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə və çardağına yığılmış 3 ton ot bağlamasının 1 tonu da yanıb. Yanğından tövlənin və ot bağlamalarının qalan hissəsi mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, hadisənin qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.