Azərbaycanda ilk dəfə olaraq "Türk Dünyası Təhsil sərgisi" keçirilir. Bakıda baş tutan tədbirdə türk dünyasının ən məşhur universitetlərinin nümayəndələri iştirak edirlər. Sərginin keçirilməsində məqsəd türk dilli ölkələri bir araya toplamaq, ikili əməkdaşlıqları təkmilləşdirmək , həmçinin ölkələrarası əlaqələrin daha da genişləndirilməsinə nail olmaqdır. Sərgidə Türkiyə, Özbəkistan, Kipr və Azərbaycan universitetləri və təhsil mərkəzləri iştirak edir. Burada universitet haqqında məlumat, qəbul şərtləri, təqaüd imkanları və daha bir çox məlumatı əldə etmək üçün şərait yaradılıb. Eyni zamanda sərgiyə qatılan şirkət və universitetlər də özləri haqda məlumatları təqdim edib. Sərginin növbəti mərhələsi isə sabah Gəncədə baş tutacaq. Bu sərgiyə Gəncədə yerləşən universitetlər də qatılacaq. Sərginin təşkilatçılar digər bölgələrdə də, bu tədbirin keçirilməsinin nəzərdə tutulduğunu və bölgədəki tələbə olmaq arzusunda olanlar üçün də eyni fürsəti yaradacaqlarını bildiriblər. Qeyd edək ki, Türk dünyası təhsil sərgisi ilk olaraq Azərbaycanda start götürüb və il ərzində digər Türk dövlətlərində də keçirilməsi planlaşdırılır.