Hadisə rayonun Yuxarı Tala kəndində, Hacımusa Aslanova məxsus ümumi sahəsi 96 kv/m olan sexlərdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində dəmirçi sexində təmir üçün gətirilmiş “VAZ 21011” markalı avtomobil və sexin tavan hissəsi yanıb. Həmçinin sexə bitişik iki avtomobil hissələri satışı mağazasının tavanı yararsız hala düşüb, ehtiyat hissələrinə ziyanlıq dəyib. Digər tikililər yanğından mühafizə olunub.