“Exit poll”un nəticələri açıqlanandan sonra Bakıda Dənizkənarı Milli Parkda, eləcə də bölgələrdə Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir. Şamaxıda avtoyürüş keçirilən avtoyürüşdə sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vururlar.
Bütün ölkə ərazisində olduğu kimi Şəkidə də sakinlər növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.
Çərşənbə, 07 Fevral 2024 18:11