Çərşənbə, 07 Fevral 2024 15:00

Şamaxının ən yaşlı seçiciləri də səsvermə hüququndan istifadə ediblər...

Əngəxaran kəndinin ən yaşlı seçicilərindən biri olan 104 yaşlı Mərifət İslamova evinə daşınan seçki qutusunun gətirilməsi üçün müraciət edib istəyib. Onun ərizəsi əsasında evə səyyar seçki qutusu gətirilib və Mərifət İslamova seçdiyi namizədə səs verib. 6 övladı, 20 nəvəsi, 32 nəticəsi olan Mərifət nənə ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Rayonun digər ən yaşlı seçicisi Şamaxı sakini Matauş Dövlətovadır. O, 1922-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. Matauş nənə ölkəmizdə keçirilən bütün seçkilərdə fəal iştirak edib. Bu il də növbədənkənar keçirilən prezident seçkilərində öz namizədini seçmək üçün seçki dairəsinə müraciət edib. Daşınan seçki qutusu onun qeydiyyatda olduğu 88 saylı Şamaxı seçki dairəsinin 16 saylı seçki məntəqəsindən yaşadığı ünvana gətirilərək müraciəti təmin olunub. Rayonun Quşçu kənd sakini 1924-cü il təvəllüdlü Səkinə Heybətova ölkəmizdə keçirilən prezident seçkilərində iştirak edib. Səhhəti ilə bağlı seçki məntəqəsənə gedə bilməyən Səkinə nənənin səs verməsi üçün yaşadığı ünvana səsvermə qutusu gətirilib, o da həm yaşıdları kimi əvvləcə öz evində gül-çiçəklə qarşılanıb daha sonra öz istəyi ilə səs verməsi təmin olunub. Bu yaxınlarda 101-yaşını qeyd etməyə hazırlaşan Səkinə nənənin 11 övladı,72 nəvəsi,40 nəticəsi,18 kötücəsi var. Bir neçə dəfədir ki, prezident seçkilərində iştirak edən 100 yaşlı nənə müstəqil şəkildə istədiyi namizədə səs verdiyini deyir. Qeyd edək ki, 88-saylı Şamaxı seçki dairəsi üzrə 51 559 nəfər seçici qeydiyyata alınıb. onlarnadan 131-nəfəri prezident seçkilərində ilkədəfə səs verəcək. Rayon üzrə ən yaşlı seçiciliərin sayı isə 5 nəfərdir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S