Şəki penitensiar müəssisəsinin məhbusları 114 saylı Şəki şəhər seçki dairəsinin 45 saylı məntəqəsində səs veriblər. Məntəqədə növbədənkənar prezident seçkisinin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xatırladaq ki, məntəqədə səsvermə hüququ olan 971 nəfər qeydiyyatdadır. Seçicilərin 90%-i artıq səsvermə hüququndan istifadə edib.