Növbədənkənar Prezident seçkilərinin keçirildiyi 7 fevral tarixi həmçinin Şəkinin Oxud kənd sakini Nəbi Abdurahmanlının doğum gününə təsadüf edir. Onun bu gün 18 yaşı tamam olur. Nəbi Abdurahmanlı səsvermə hüququndan istifadə edərək ilk dəfə səsvermədə iştirak edib. Gənc seçicini 114 saylı seçki dairəsi və 31 saylı seçki məntəqəsinin əməkdaşları təbrik edib.