Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən biri olan Şəki şəhər 6 nömrəli məktəbin “3D-Rəsmləri canlandıran qələm” layihəsi yekunlaşıb. Layihənin yekunlarına həsr olunan tədbirdə çıxış edənlər nəzərdə tutulan məqsədlərə çatıldığını bildiriblər. Vurğulanıb ki, layihə nəticəsində təhsilalanlarda qavrayış, təxəyyül inkişaf etdirilib, mücərrəd anlayışları konkretləşdirilib. Layihə həmçinin şagirdlərə yeni məhsullar dizayn etməyə, xoş zaman keçirməyə imkan verib. Ötən ilin oktyabrında icrasına başlanan layihədən 4 ay müddətində 5-ci və 6-cı siniflərdən 17 şagird bəhrələnib. Nəticədə şagirdlər öz təxəyyül məhsulları olan 30-a yaxın fərdi və qrup işləri meydana gətiriblər.