Hadisə bu gün Oğuz şəhəri 20 Yanvar küçəsində, ümumi sahəsi 380 kv/m olan kürsülü birmərtəbəli binada qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Xəsarət olan olmayıb. Binada 15 nəfərdən ibarət üç keçmiş məcburi köçkün ailəsinin yaşadığı bildirilir. Bura vaxtilə şagirdlərin yay istirahət düşərgəsinin inzibati binası olub. Faktla bağlı araşdırma aparılır.