Bu gün Kanal S televiziyasının ilk yayım günündən 15 il ötür. 2008-ci ilin 29 dekabrında möhtəşəm açılışla fəaliyyətinə start verən Kanal S qısa zamanda şimal-qərb bölgəsindən bütün Azərbaycana səs saldı. Regiona yeni nəfəs gətirən televiziya tamaşaçıların zövqünü oxşayan canlı verilişləri ilə, bir-birindən maraqlı layihələrlə gündəm yaratdı. 2022-ci ildən isə peyk yayımı vasitəsilə bütün dünyaya yayımlanan televiziya Bakıda yeni fəaliyyətə başlayan studiyasından da canlı verilişləri ilə evlərinizin qonağı olur.