Cümə axşamı, 28 Dekabr 2023 13:47

Bayram tədbirləri ilə bağlı FHN-dən əhaliyə xəbərdarlıq!

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinə baxmayaraq hələ də bəzi hallarda sadə təhlükəsizlik qaydalarına etinasız münasibətə rast gəlinir. Bu da bayram tədbirlərinin faciəvi sonluqla bitməsinə səbəb ola bilər. Fövqəladə Hallar Nazirliyi xoşagəlməz hadisələrdən qorunmaq üçün bir sıra təhlükəsizlik qaydalarına əməl olunmağın vacibliyinə diqqət çəkir. Vətəndaşlar da yarana biləcək təhlükənin baş verməməsi üçün məsuliyyətli davranmalıdırlar. Həmçinin, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Unutmayaq qaydalara biganəlik həyatımıza təhlükədir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S