Dağlıq Şirvan Regional Təhsil İdarəsində bölgə üzrə müxtəlif olimpiada, fənn müsabiqələri qaliblərinin, həmçinin döş nişanı almış müəllimlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının rəsmiləri, təhsil işçiləri və şagirdlər iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, 2023-cü il Dağlıq Şirvan bölgəsinin təhsil həyatı üçün çox uğurlu olub. Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumitəhsil məktəblərində təhsil alan şagirdlər il ərzində bir sıra olimpiada, müsabiqə və festivallarda fəal iştirak edib, onların bir çoxu bu yarışların qalibi olub.Ardınca mükafatlandırma tədbirində Regional İdarənin tabeliyində olan Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yerləşən təhsil müəssisələrində çalışan və beynəlxalq müəllimlər günü münasibətilə Qabaqcıl döş nişanı və Fəxri fərmanla təltif edilən təhsil işçilərinə medallar və Fəxri Fərmanlar təqdim edilib. Həmçinin Təhsil İnstitutu tərəfindən keçirilən Lütfizadə adına məntiq olimpiadası və Fənn müsabiqələrində iştirak edərək medal qazanan şagirlərədə medal və diplomlar təqdim edilib. İl ərzində təhsil sahəsində fərqlənən bir qrup təhsil işçisi və şagirdə isə Təşəkkürnamə təqdim edili. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.