Bazar ertəsi, 25 Dekabr 2023 16:36

31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişdi...

İsmayıllının Qazmalara kəndində yaşayan, əslən Şuşa sakini olan 31 yaşlı Ülviyyə Əhmədova Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Lakin bir gün sonra səhər saatlarında ananın ölüm faktı qeydə alınıb. Daha əvvəl iki övladını təbii doğuşla dünyaya gətirən ananın ölümündə ailəsi həkimləri günahlandırır....Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində hadisə ilə bağlı bildirilib ki, xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Lakin daha sonra ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası araşdırma aparır. Onu da qeyd edək ki, meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S