Şəki idmançıları 17 dekabrda Abşeron Olimpia idman kompleksində keçirilən Savate (fransız boksu) idman növü üzrə 3-cü Azərbaycan birinciliyindən uğurlu nəticə ilə dönüb. Ölkənin ayrı-ayrı rayon və şəhərlərindən olan müxtəlif çəki dərəcələri üzrə 300-dən çox idmançının iştirak etdiyi yarışda Şəkini 3 idmançı təmsil edib. 3 idmançıdan 2-si fəxri yerə laiq görülüb.
9-11 yaşlılar arasında 50 kq çəkidə Ömər Qurbanzadə 1 ci yer tutaraq qızıl medal, 15-17 yaş qrupunda 58 kq çəkidə Orxan İbrahimli rəqibindən güclü olsa da xal hesabı ilə döyüşü uduzaraq gümüş medal alıb.
Bazar ertəsi, 25 Dekabr 2023 16:17