Təsəvvür edin ki, eyni qəsəbədə və eyni küçədə yaşayasan küçənin bir hissəsinin sakinləri evində mavi yanacaqdan istifadə edir digər hissəsi isə gərmədən odundan istifadə edir. Bu paranormal vəziyyət Şamaxı rayonunun Sabir qəsəbəsində yaşanır. Rayon mərkəzindən 6 km məsafədə yerləşən Sabir qəsəbəsinin bir qurp sakinlərinin məskunlaşdıqları ərazidə mavi yanacaq olsa da ondan istifadə edə bilmirlər. Uzun illərdi qaz borularına həsrətlə baxan sakinlərin həsrətinə niyə son qoylumur ? Əməkdaşımız Cavanşir Seyfəddinoğlu araşdırıb. Şamaxının rayon mərkəzindən 6 km məsafədə yerləşən Sabir qəsəbəsinin bir qrup sakini mavi yanacaqdan məhrum qalıb. Əraziyə uzun müddətdir qaz xətti çəkilib, hətta həmin xətlər sakinlərin yaşadığı evlərin yaxınlığından keçir, amma nədənsə qəsəbənin yuxarı hissəsində yerləşən 300-dən çox mənzil mavi yanacaqla təmin olunmur. Sakinlərin sözlərinə görə, qaz xətti olmadığından məcbur olub odundan istifadə edirlər ki, onun da istisindən çox qiyməti yandırır. Odunla qışı keçirmək hər ailəyə 1000-1500 manata başa gəlir. İmkanı olmayan isə həyətindəki ağacları kəsir və ya təzəkdən istifadə edir. “Azəriqaz” İstehsalat Birliyinə Sabir qəsəbə sakinlərinin gileyini biz də çatdırdıq. Qurum rəsmisindən aldığımız cavab belə oldu... Bu dəfə verilən vədə əməl edilsə belə görünür ki, bu qış Sabir qəsəbə sakinlərinin mavi yanacaqsız keçirdiyi son qış olacaq.