Cümə, 08 Dekabr 2023 14:12

Şagirdlərlə maarifləndirici söhbətlər davam edir...

Şəkidə hüquq-mühafizə orqanları təhsil müəsissələrində maarifləndirici tədbirləri davam etdirir. Şəkinin 8 nömrəli tam orta məktəbində keçirilən tədbirdə “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm”, “Erkən nikah və onun fəsadları” mövzularında sagirdlərlə söhbətlər aparılıb. Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb kollektivi iştirak edib.

Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq durmaga cagirib. Bununla yanaşı erkən nikahın fəsadları, dini radikalizmin mənfi nəticələrindən də söz açılıb. Bildirilib ki, ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşılır, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlər də var. Bunlara qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam edir. Erkən nikah və onun fəsadları barədə də şagirdlər maarifləndirilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şagirdlərlə maarifləndirici söhbətlər davam edir | Kanal S Xəbər

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S