Zaqatalada nəqliyyatın ən sıx hərəkət etdiyi ərazidə tıxacların, eləcə də baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə inşa edilən yeraltı keçid istifadəsiz qalıb. Əhali keçidlərdən lazımi səviyyədə istifadə etmir. Özü ilə bərabər sürücülərin də həyatını təhlükəyə atır. Çəkiliş boyunca apardığımız müşahidələr də göstərdi ki, piyadalar yeraltı keçiddən istifadə etməyə həvəsli deyil.
Kimisi yaşlılığı səbəb gətirir, kimisi səhhətindəki problemləri, keçid pilləkənlərindən enib, qalxmağın çətinliyini... Amma səbəb hər nə olursa olsun, keçidlərdən istifadə etmək həm öz, həmdə ki başqalarının həyatını təhlükəyə atmamaq üçün vacibdir. Qeyd edək ki, qaydalara riayət etməyən piyadalara qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr nəzərdə tutulub.
Cümə axşamı, 07 Dekabr 2023 13:29