Balakən bazarında yanğın olub. Yanğın dünən axşam Balakən şəhərində fəaliyyət göstərən bazar ərazisindəki Rasim Hüseynova məxsus ümumi sahəsi 25 kv/m olan dərzi dükanında baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğn nəticəsində dərzi dükanının yanar konsrtuksiyaları içəırisində olan əşyalarla birlikdə və yanan dükana bitişik tikilən, Kamran Məmmədova məxsus parça mağazasının isə 2 kv/m-lik dam örtüyü yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın genişlənərək yaxınlıqdakı digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.