Hadisə noyabrın 13-dən 14-ə keçən gecə rayonun Meşəşambul kəndində, kənd sakini Nazim Gəncəliyevə məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Qeyd edək ki, ev sahibi Nazim Gəngəliyev hazırda Rusiya Fedarasiyasındadı. O, bu günlərdə qız övladının toyuna evə gəlməli idi. Yanğın nəticəsində qızın toyuna alınan cercehiz yanıb.