2019-ci ilin Fevral ayında Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində rayonun Cabanı kəndində fəaliyyət göstərən uşaq baxçası qəzalı vəziyyətə düşüb.İstifadəyə yararsız və təhlükəli olduğu üçün körpələr evinin fəaliyyəti dayandırılaraq sökülüb. Müvəqqəti olaraq kənd ərazisidə iki otaqlı fərdi yaşayış evi icarəyə götürülərək körpələr evi kimi istifadəyə verilib.Artıq 4 ildən çoxdur ik kəndin uşaqları günlərinin əsas hissəsini baxça şəraitinə uyğun olmayan evdə keçirərək təlim-tərbiyə almağa çalışır.Bu da ən çox körpələrini baxçaya gətirən valideyinləri narahat edir. Daha ətraflı sujetdə. Gördüyünüz bu kadrlar İkinci Cabanı kənd uşaq bağçasında lentə alınıb. Məkanın adı uşaq bağçası olsa da əslində bura yaşayış evidir. 25 uşağın təlim-tərbiyə aldığı bu balaca, köhnə, şəraitsiz bağçada 7 oturacaq, uşaqların yatması üçün isə 8 çarpayı var. 14 nəfər işçi heyyətini də nəzərə alsaq burada olan mənzərəni təsəvvür etməmək mümkün deyil. Əslində çox istərdik ki, bu şəraitsiz balaca otaqda körpələr necə təlim tərbiyyə alır,müəllimlər hansı əzab-əziyyətlə uşaqları təlim-tərbiyə edir çəkib göstərək. Amma aidiyyəti qurumlar muxtəlif bəhanələr gətirərək çəkilişə məhdudiyyət yaratdılar. Kənd sakinləri isə deyir ki, əvvəlki bağça binasında hər cür şərait vardı. Ərazisi də geniş olduğundan ətraf kəndin uşaqları da daxil olmaqla 60-dan çox körpə təlim-tərbiyyə ala bilirdi. İndi isə çoxları uşaqlarını bağçaya qoya bilmir. Verilən vədə əməl olunsa 4 ildən çoxdur yeni baxçanın tikintisini səbirsizliklə gözləyən kənd sakinləri arzularına tezliklə qovuşacaqlar. Onu da qeyd edək ki, belə anoloji hal Şamaxı rayonunun Xınıslı kəndində də yaşanır.