Cümə, 10 Noyabr 2023 13:57

Göbələyin yaratdığı təhlükə...

Bəli, 15 yaşlı Zaqatala sakini Aysun Mehdiyevanın bir neçə gün əvvəl yediyi göbələk az qala onun sonu olacaqdı. Təəssüf ki, Aysun göbələkdən zəhərlənən nə ilk şəxsdir, nə də son olacaq. Təkcə son bir ay ərzində Qax və Zaqatala bölgəsində göbələkdən zəhərlənmə diaqnozu ilə 30-dan çox insan xəstəxanaya müraciət edib... Həkim toksikoloq bildirir ki, zəhərlənmə prosesi göbələk yedikdən bir neçə gün sonra belə baş verə bilər. Şəki-Zaqatala bölgəsində göbələkdən istifadə edənlərin əksəriyyəti isə onu marketlərdən almağa yox, meşədən yığmağa üstünlük verir. Mütəxəssislərsə, bu cür göbələk toplamağın qəti şəkildə yolverilməz olduğunu deyirlər.. Ekspertin sözlərinə görə, \"şüursuz göbələk istifadəsi öldürür\". Odur ki, insanlar meşədən toplanılmış göbələyi yeməməli, göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Bir sözlə, yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə bütün ailənin zəhərlənməsinə və məhvinə səbəb ola bilər. Belə demək mümkünsə, əgər diqqətli olmasaq, xüsusən də yaz və payız aylarında bəh-bəhlə süfrəmizə gətirdiyimiz göbələklər yediyimiz son qida ola bilər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S