Cümə axşamı, 09 Noyabr 2023 14:52

İsmayıllının Basqal kəndində Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib...

Tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb. Çıxışlar zamanı nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.

Nazirlərin görüşündən bir gün öncə isə Türk Dövlətləri Təşkilatının Gənclər və İdman İşçi Qrupunun VII İclası keçirilib. İclasın əsas məqsədi gənclər və idman sahəsində yeni təşəbbüslərin növbəti mərhələlərini müzakirə etmək olub. Türk Dövlətləri Təşkilatının Gənclik Gündəliyinin əsas hədəfləri və iclasın gündəliyi müzakirə olunub. İclas iştirakçıları Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin final görüşlərini izləyib, qaliblərin mükafatlandırma mərasimində də iştirak ediblər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S