Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Himayə” Uşaq İctimai Birliyi tərəfindən “Bizim hamımızın bir Vətəni var, bu, Azərbaycandır!” adlı vətənpərvərlik tədbirləri təşkil edilib. \"Heydər Əliyev ili\" çərçivəsində Şəkinin şəhər və kənd tam orta məktəblərində keçirilən maarifləndirici layihə zamanı vətənpərvərlik, Zəfər tariximiz, dilimiz, mədəniyyətimiz, multikultural dəyərlərimiz mövzularında mühazirə və söhbətlər təşkil edilib. Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Ümummmilli Lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu ənənə prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirir. Diskussiya şəkində davam edən tədbirlər çərçivəsində şagirdlərin sualları cavablandırılıb.