Qax rayonunun Qorağan kəndində yaşayan Süleyman Süleymanov Azərbaycanın fərqli bölgələrindən gətirdiyi müxtəlif növ gül sortlarını həyətində, bağında əkir. Ömrünün on ilini bu işə sərf edən gül-çiçək aşiqinin həyəti artıq güllük əraziyə çevirib. Gününün çox hissəsini sevimli güllərinə xidmət etməklə keçirən Süleyman kənd şəraitində dekorativ ağacları və gülləri yetişdirməyin çox da asan olmadığını söyləyir. Qulluq etdiyi hər fidanın sonda çevrilib gözəllik rəmzi olması ona sevinc bəxş edir. İllərini güllərinə sərf edən Süleyman Süleymanov bu sahəni daha da inkişaf etdirmək fikrindədir.