Şəkidə ağacda budama işləri aparan qadını elektrik cərəyanı vurub. Hadisə səhər saatlarında Şəki şəhəri, Mahmud Əliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birində yaşayan 59 yaşlı Güləndam Hacıyeva həyətdəki əncir ağacında budama işləri aparmaq məqsədilə ağaca çıxıb. Ehtimal edilir ki, budama işləri aparan zaman ehtiyatsızlıqdan onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda dünyasını dəyişib. Meyit ağacdan düşürülərək aidiyyəti orqanlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.