Şəkidə Şəki 1 saylı Mediasiya təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Şəhər rəsmilərinin, idmançıların, gənclərin iştirak etdiyi tədbirdə Gənclər və İdman Nazirliyinin yaradılması və bunun fonunda həyata keçirilən gənclər siyasətindən danışılıb. Vurğulanıb ki, bu siyasət sağlam, intellektual və vətənpərvər nəslin formalaşmasına xidmət edir. Daha sonra idmançılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar edib, öz bacarıqlarını nümayiş etdiriblər. Viktorinalarda qalib gələn gənclər mükafatlanıdırılıb. Eləcə də idmanın inkişafı sahəsində göstərdiyi xüsusi xidmətlərə görə bir sıra şəxslər təltif edilib.