İsmayıllıda partlayışla müşahidə edilən güclü yanğın olub. Şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində başlayan yanğın qısa vaxtda böyük əraziyə yayılıb. Küləkli hava alovu yaxınlıqdakı digər ev və mağazalara da keçirib. Hadisə zamanı rayon sakini, Eldəniz Əkbərova məxsus 4 otaqlı ev tamamilə külə dönüb. Aqşin Əkbərova məxsus mənzil də içərisindəki əşyalarlar birlikdə yanıb. Mənzilə bitişik, sahəsi 30 kvadratmetr olan mağaza, 80 kvadratmetr olan anbar yararsız hala düşüb, yaxınlıqda yerləşən digər bir obyektin isə tavanı əriyib. Xəsarət alan yoxdur. İlkin araşdırmadan sonra, yanğının evlərdən birinin zirzəmisində qaz balonunun partlamasından sonra başverdiyi məlum olub. Araşdırmalar davam etdirilir.