Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Şanlı Zəfərə aparan yol” adlı tədbir keçirilib. Milli Qəhrəman Polad Həşimovun və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib, 2020-ci ilin iyul hadisələrinin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıblar. Həmçinin Milli Qəhrəmanın döyüş yolundan bəhs olunub.Tədbirdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı Polad Həşimova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Sonda tədbir iştirakçıları Polad Həşimova həsr olunmuş videoçarxa baxıblar.